Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ucar Regional Aqrokimya Laboratoriyası laboratoriya avadanlığının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs – Fariz Əliyev, telefon - (+99420)(21-3-0684),e mail: [email protected]

• İştirak haqqı 150 manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

• Аdı-Dövlət Xəzinədarlığı Agentliyi

• Коd- 210005

• VÖEN- 1401555071

• М/h- AZ41NABZ 01360100000000003944

• S.W.İ.F.Т. -CTREAZ22

• Hh- AZ13CTRE 00000000000002181902

• Təsnifat kodu- 142573

• VÖEN- 7400800321

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdı­ğı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika­sının Vergi Məcəlləsi ilə müəyyən edil­miş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam hüqui adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 dekabr 2020 –ci il saat 11.00 –a və tender təklifi ilə bank təminatı sənədlərini isə 10 dekabr 2020-ci il saat 18.00- a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 dekabr 2020-ci il saat 11.00- da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

12 Noyabr 2020 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə