Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir nümayəndələri AMEA-nın Yüksək Texnologiyalar Parkında

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Misirin “CHİVY” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

www.science.gov.az saytının məlumatına görə, görüşdə YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, qurumun beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, “Agro Bio Eco Tech” MMC-nin direktoru Əli Əlizadə və digər şəxslər iştirak ediblər.

Görüş çərçivəsində mikrobioloji bakteriyalardan istifadə edilməklə tullantılardan gübrə istehsal etmək məsələsi müzakirə olunub, bu istiqamətdə birgə avadanlığın hazırlanması qərara alınıb. Həmçinin Azərbaycan və Misir arasında işgüzar əlaqələrin inkişafından bəhs olunub.

       

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 Oktyabr 2018 17:17 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə