Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrın 13-14-də görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

www.science.gov.az saytı yazır ki, AMEA-nın və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrin  tanınmış alimləri iştirak edəcəklər.

Konfransın əsas elmi istiqamətləri:

- neft yataqlarının işlənməsi və istismarında innovativ üsullar;

- neft-qaz sahəsində qeyri-Nyuton sistemlər və riyazi üsullar;

- veyvlet analiz, freym nəzəriyyəsi, tətbiqləri;

- obrazların tanınması, siqnalların emalı və filtrasiyasının riyazi üsulları;

- xətti və qeyri-xətti diferensial tənliklərin tətbiqi;

- modelləşdirmə və kompüter texnologiyalarının riyazi üsulları.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini oktyabrın 27-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: (+994 12) 538 72 50, 498 65 92

Beynəlxalq konfrans haqqında ətraflı məlumatı http://oilappl2018.azjm.orgsəhifəsindən əldə etmək olar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 Oktyabr 2018 17:14 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə