Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi daxili vəsaiti hesabına elektron satınalma vasitəsilə Ceyranbatan Su təmizləyici Qurğuları Kompleksində bina və qurğuların yenidən qurulması, Oğuz–Qəbələ–Bakı su kəmərində yaranmış qəzaların aradan qaldırılması, tikinti- quraşdırma işlərinin yerinə yetirilməsi və Sabunçu rayonunun Zabrat qəsəbəsində magistral və məhəllə daxili su və kanalizasiya xətlərinin yenisi ilə əvəz olunması işlərinin aparılması üçün tələb olunacaq mal-materialların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https:// www.etender. gov.az vahid internet portalından ten­der haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu;

-tenderin tələblərinə uyğun aşağı qiymət.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalın­dan əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təşkilat-“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi

VÖEN- 9900008771

Bank-“Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

M/h- AZ37NABZ 0135010000000001944

S.W. İ. F. T. BIK- AİİBAZ2X

H/h- AZ60AİİB 33010019441102346111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qey­diyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 noyabr 2020-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 3 dekabr 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 4 dekabr 2020-ci il saat 18.00-da dövlət satınalmalarının vahid internet portalın­da həyata keçiriləcəkdir.

3 Noyabr 2020 00:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə