Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Tələbə–məzun” dövlət elektron məlumat sisteminə qoşul­masını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidenti­nin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2010, № 2, maddə 89, № 7, maddə 621; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 4, maddə 373, № 6, maddə 704, № 7, maddə 836; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 805, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2306) ilə təsdiq edilmiş “Tələbə–məzun” dövlət elekt­ron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.10-3-cü bənd əlavə edilsin:

“6.10-3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2020-ci il

31 Oktyabr 2020 00:38 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə