Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin sonuna qədər təşkil ediləcək silsilə tədbirlər çərçivəsində xidmətlərin (işlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tenderdə iddiaçı qismində satınalmala­rın predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün tender iştirakçılara lazımi maliyyə və texniki imkanlara malik olmalı­dırlar. Təkliflərin qiymətləndirilməsi zamanı

-aşağı qiymət, təcrübə və maliyyə vəziyyəti meyarlarına üstünlük veriləcəkdir.

İştirak haqqı 150 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Malgöndərən (podratçı) iştirak haqqı­nın ödənilməsini təsdiqləyən bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu elektron portal vasitəsi ilə əldə edə bilər.

İştirak haqqının ödənilməsi üçün satına­lan təşkilatın bank rekvizitləri:

B1. Benefisiar bank

Adı- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ­41NABZ01360100000000003944

S.W.I.F.T BIK: CTREAZ22

B2. Vəsaiti alan

Təşkilatın adı- Azərbaycan Respublika­sının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

H/h- AZ08CTRE00000000000005547601

VÖEN- 1001667391

Büdcə səviyyəsinin kodu -7, büdcə təsnifatının kodu -142330.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid tenderin əsas şərtlər toplu-sunda qeyd edilən məlumatlar;

- tender təklifi (təkliflər açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təkliflər açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti və Məcburi Dövlət Sosial Sığorta üzrə hesabat.

Göstərilən sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Təklifin qiyməti bütün vergi, nəqliyyat və sığorta xərcləri daxil edilərək manatla hesablanıb ifadə edilməldir.

İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri elektron portal vasitəsi ilə 13 noyabr 2020-ci il yerli vaxtla saat 11.00-a qədər təqdim etməlidirlər.

Iddiaçıların təklifləri 24 noyabr 2020-ci il saat 11.00-da portal vasitəsi ilə açılacaqdır.

İddiaçıların vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsi apa­ran satınalan təşkilatın vəzifəli şəxsi- Orxan İbrahim oğlu Hümbətzadə, tel-(+99455) 468 04 64.

23 Oktyabr 2020 00:57 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə