Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu maşın və avadanlıqların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR​

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron im­zaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki im­kanlara malik olmalıdırlar. Tenderdə iş­tirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 200 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Bankın adı- “Dövlət Xəzinədarlığı Agentliyi”

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.Т.: CTREАZ22

BSK- 7

BTK- 142330

Təşkilatın adı- Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu

H/h- AZ33C­TRE00000000000002538502

VÖEN- 2000956291

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-son bir il ərzində (fəaliyyətini da­yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender pro­seduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 19 noyabr 2020-ci il saat 14.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 29 noyabr 2020- ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 noyabr 2020-ci il saat 14.00-da açı­lacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

23 Oktyabr 2020 00:57 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə