Ən son xəbərlər
“Dünyada növbəti bir neçə ay çox çətin olacaq”. Bu bəyanatla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən çıxış edib. Məlumatı “Euronews” agentliyi yayıb.
Yeri gəlmişkən, brifinq təşkilatın “youtube” kanalı vasitəsilə canlı yayımlanıb.
Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Tedros Adhanom Qebreyesus deyib: “Biz koronavirus pandemiyasının kritik mərhələsindəyik, xüsusilə, şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadırlar”.
O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə