Ən son xəbərlər
Pandemiyadan sonra Portuqaliya iqtisadiyyatının bərpası üçün 10 il lazım olacaq. Bu bəyanatla Portuqaliyanın Baş Naziri Antoniu Koşta çıxış edib. O deyib: “Bizə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərəri tamamilə aradan qaldıraraq əvvəlki vəziyyətə qayıtmaq üçün on il lazımdır”. Qeyd edilir ki, Portuqaliya hökuməti qarşıdakı 5 ildə Avropanın müxtəlif fondlarından güzəştli şərlərlə əldə edəcəyi ( təqribən 31 milyard avro) kredit və qrantlar hesabına iqtisadi tarazlığı bərpa etməyə ümid bəsləyir.
Məlumatı “Euronews” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə