Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev!

Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hissi keçiririk. Bu dəhşətli zora­kılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.

Biz Sizin rəhbər kimi daşıdığınız məsuliyyətli yükü yalnız təsəvvür edə bilərik. Amma inanırıq ki, müdrikliyiniz və qətiyyətliyiniz sayəsində düşmənlərinizə və maneələrə baxmayaraq ölkənizi bu ağır sınaqdan uğurla çıxararaq ədalətə və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhə doğru aparacaqsınız.

Oktyabrın 18-i – Azərbaycanın müstəqilliyini qeyd etdiyimiz bu gün gələcəyə baxarkən keçmiş nailiyyətlərimizdən güc və inam almaq üçün daha bir səbəbdir. Gəncə və bütün Azərbaycan vətəndaşları ilə həmrəy olduğumuzu vurğuladığımız bir vaxtda bu gün həm də gələcək barədə düşünmək üçün bir imkandır.

Dəstəyimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Vaira VİKE-FREYBERQA,
1999-2007-ci illərdə Latviyanın Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.

İsmail SERAGELDİN,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.

20 Oktyabr 2020 00:42 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə