Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası 2 ədəd xüsusi təyinatlı avtomobilin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

Satınalma predmeti müqavilə imzalandığı andan etibarən 30 gün müddətində təchizat bazasının ünvanın­da təhvil verilməlidir.

Tender təklifinin qiymətinə satınalma predmetinin dəyərindən başqa, digər xərclərin (nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilib-edilməməsi haqqında məlumat daxil olmaqla, təklifin qiymətinin hesablan­ması və ifadə olunması üsulu öz əksini tapmalıdır.

Tender təklifinin qiyməti manatla ifadə olunmalıdır.

Təchizat Bazasının qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər. Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- İbrahimova Nübar Məmməd qızı.

Ünvan- Bakı şəhəri, Nərimanov rayo­nu, Böyük şor, 8-ci köndələn küçəsi.

Tel-(012) 514-88-42; Faks: (012) 448-34-02.

E-mail: [email protected]

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusu haqqında elekton portal vasitəsilə tanış ola bilərlər.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Tenderdə iştirak haqqı 500 manatdır. İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Tel./Faks- 012 514 88 42.

Təşkilat- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası

“ABB”-nin Sənaye flilialı

Kod-805603

VÖEN-9900001881

M/h- AZ03NABZ01350100000000002944

S.W.I.F.T.:İBAZAZ2X

H/h- AZ83İ­BAZ38050019441609722211

VÖEN-1500285191

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün iştirak hüququ və ixtisasını təsdiq edən aşağıdakı sənədləri (tender təklifi və təklifin ümumi məbləğinin 1 faizi həcmində bank təminatı istisna olmaqla) təqdim etməklə 2020-ci il noyabrın 11-nə kimi qeydiyyat­dan keçməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və dövlət reyestrindən çıxarışı(hüquqi şəxsdirsə), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının təqdim ediləcək malların satışı üzərində rəsmi nümayəndəlik hü­ququnun olmasını təsdiqləyən sənədin əsli və ya surəti (səlahiyyət məktubu, etibarnamə və s.);

- iddiaçının analoji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkan­ları barədə məlumat.

Malgöndərənlər (podratçılar) təchizat bazasında 2020-ci il noyabrın 11-nə kimi satınalma prosedurlarına aid izahat ala bilərlər.

Tender təklifi və təklifin təminatı 19 noyabr 2020-ci il saat 18.00-a qədər təqdim olunmalıdır. Göstərilən vaxt­dan gec təqdim olunan təkliflər qəbul edilməyəcəkdir.

Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı 3 (üç) iştirakçıdan az olmamalıdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifinin ümumi məbləğinin 1 faizi həcmində bank təminatı təqdim edilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır.

Elektron satınalmanın açılışı 20 noyabr 2020-ci il saat 11.00-da elektron portal vasitəsilə həyata keçiriləcəkdir. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası

20 Oktyabr 2020 00:38 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə