Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi şəbəkə kommutatorlarının və marşrutizatorun alınması və quraşdırılmasının satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Müqaviləni yerinə yetirmək üçün ten­der iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar 135.00 (bir yüz otuz beş) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Əlaqələndirici şəxs - Hümmət Vəliyev, telefon- 012/498-05-43.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Məhkəmə Ekspertizası Mərkəzi

VÖEN- 1700326621

Hh- AZ34CTRE 00000000000002088501

Fond .7 Maddə 142330 Tender xərci

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

Mh- AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T BİK CTREA22

İştirak haqqı heç bir halda geri qay­tarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonrakı 60 bank günü ərzində qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haq­qında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2020-ci il noyabrın 6-sı saat 12.00-a, tender təklifi və bank təminatını isə 2020-ci il noyabrın 17-si saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 2020-ci il noyabrın 18-i saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirak­çısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD–tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

20 Oktyabr 2020 00:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 May 2021 | 08:16
BİLDİRİŞ
6 May 2021 | 08:10
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə