Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi imtiyazlı qrup üçün ödənişsiz resept blankı forması kitabçalarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 30-na kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Nəsirova Şəhla Ağababa qızı.

Ünvan- Bakı şəhəri, М.Mirqasımov küçəsi 1А.

Telefon- (012) 4412603 dax143.

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot -1.İmtiyazlı qrup üçün ödənişsiz resept blankı forması kitabçalarının satın alınması.

Maraqlananlar tenderin əsas şərtlər toplu­sunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 300 (üç yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

VÖEN- 1400049171

Adı- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN: 1401555071

M/h– АZ41NАBZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

H/h-AZ81CTRE00000000000002128201

Fond -7, iqt/t 142340 (x/hk 002730)

Malgöndərənlər (podratçılar) iddiaçı sta­tusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış .

4.2. İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

4.3. Maliyyə vəziyyəti haqqında bank arayışı.

4.4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış.

4.5. İddiaçının nizamnaməsi (notariusda təsdiqi).

4.6. Dövlət reyestrindən çıxarışı (qeydiy­yatdan keçdiyi ölkə) notariusda təsdiqi.

4.7. VÖEN-nin şəhadətnaməsi (notariusda təsdiqi).

4.8. İddiaçının bank rekvizitləri.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 4 no­yabr 2020-ci il saat 15.00-a qədər tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatı sənədlərini 13 noyabr 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 16 noyabr 2020-ci il saat 15.00-da dövlət satınalmalarının vahid internet elektron portalı vasitəsilə açılacaqdır.

Tender komissiyası

16 Oktyabr 2020 02:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə