Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanmasının satın alınması məqsədilə TENDER ELAN EDİR

Sol sahil Tərtər kanalı Tərtər suvarma sisteminin tərkib hissəsidir. Bu sistem 1976-cı ildə tikilib istifadəyə verilmişdir. Sol Sahil Tərtər magistral kanalının su sərfi 20,2 kubmetr saniyə, uzunluğu isə 22,4 km təşkil edir.Tərtər suvarma sistemi Tərtər çayı üzərində tutumu 560 mln. m³ olan su anbarı, Suqovuşan (Madagiz) hidroqovşağı, Sağ və Sol Sahil Tərtər magistral kanalları və başlanğıcını magistral kanallardan götürən paylayıcı kanallar­dan ibarətdir.

Xanarx kanalı 1890-cı ildə torpaq məcralı tikilmişdir. Kanalın su sərfi 10 kubmetr saniyə, uzunluğu isə 12,6 km təşkil edir. Xanarx kanalının mailliyi bö­yük olduğu üçün məcrada daim yuma prosesi gedir. Nəticədə gözlənilmədən Sol Sahil Tərtər magistral kanalına qum-çınqıl qarışıq lil nəql olunur.

Mövcud vəziyyətdə baxılan kanal­larda sudan səmərəli istifadə mümkün deyil və bu da şərh olunan kanalla­rın yenidən qurulmasını diktə edir. Bu kanalların yenidən qurulması ilə 24850 ha torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaqdır. Bu kanalların göstəriciləri, suvarma sahəsi, texniki - iqtisadi əsaslandırma mərhələsində dəqiqləşdirilməlidir.

Tərtərçay Sol Sahil və Xanarx ka­nallarının yenidən qurulmasının texni­ki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması obyektinin texniki-iqtisadi əsaslandırılması aşağı­dakı göstəricilərlə yerinə yetirilməlidir:

– Sol Sahil Tərtər magistral kana­lının su sərfi - 20,2 m³/s, uzunluğu – 22,4 km;

– Xanarx kanalının su sərfi -10 m3/s, uzunluğu - 12,6 km;

– I və II-III dərəcəli kanallar - 110,8 km uzunluğunda

– Bu kanalların yenidən qurulması ilə suvarılacaq sahə - 24850 ha

Texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün tələbat

– Bu kanalların xidmət etdiyi Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Ağdərə, Goranboy və Yevlax rayonlarının ərazilərində aqrar-sənaye komplek­sinin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişlənmişdir. Ona görə də yeni təsərrüfatçılıq və bazar iqtisadiy­yatı şəraitində suvarma suyundan səmərəlli istifadə edilməsi, bu ka­nalların zonasında yerləşən möv­cud əkin sahələrinin su təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaq sahələrinin kənd təsərrüfatına cəlb olunması texniki-iqtisadi əsaslandırmada öz əksini tapmalıdır.

– Bu magistral kanalların yenidən qurulmasında bir neçə variantlara baxılması, Azərbaycanda qüvvədə olan, eləcə də beynəlxalq tikinti norma və qaydalarının tələblərini nəzərə almaqla müasir tələblər səviyyəsində texniki-iqtisadi, ekoloji, istismarı və idarəedilməsi cəhətdən daha səmərəli variantın müəyyən edilməsi.

– Texniki-iqtisadi əsaslandırmanın hazırlanması 4 ay müddətində həyata keçirilməlidir. Bu müddət ərzində kanalların xidmət ərazisinə daxil olan suvarılan torpaqları suvarma suyu ilə təmin edən magistral və paylayıcı kanalların hazırkı vəziyyəti mövcud olan arxiv, elmi-tədqiqat və layihə məlumatlarını toplamaq, eləcə də respublikanın aidiyyəti təşkilatlarından alınmış məlumatların təhlili, yerlərdə aparılmış tədqiqat və axtarış işləri əsasında onların işi qiymətləndiriləcək və hesabat sərfləri, suvarılan mövcud torpaq sahələrinin suvarılması üçün verilən suyun miqdarı və su itkiləri müəyyənləşdirilərək texniki-iqtisadi əsaslandırmada öz əksini tapmalıdır.

– Texniki-iqtisadi əsaslandırmada layihənin maliyyə, iqtisadi, ictimai və ekoloji şərtlərinin müəyyən olun­ması, risklərin və mənfi təsirlərin aradan qaldırılması tədbirləri qiymətləndiriləcəkdir.

Texniki-iqtisadi əsaslandırmanın sənədləri Azərbaycan dilində tərtib olunmaqla, sənədlər 6 nüsxədə çap və elektron formada sifarişçiyə təqdim edilməlidir.

Texniki-iqtisadi əsaslandırma aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra layihə sənədləri 2 mərhələdə (1-ci mərhələ 24.9 km əsas kanal­lar, 2-ci mərhələ 110.8 km I və II-III dərəcəli kanallar), hər mərhələni 3 ay müddətində hazırlamaqla sifarişçiyə təqdim olunması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu­na uyğun yuxarıda göstərilən tender predmeti üzrə təklifləri texniki və maliyyə təkliflərindən ibarət ayrı-ayrı­lıqda hazırlamaqla, dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– analoji işlərdə təcrübəsi;

– texniki təklifdə göstərilən işin əsaslı hesabatı və ətraflı metodologi­yası;

– maliyyə vəziyyəti;

– işin yerinə yetirmə müddəti;

– aşağı qiymət.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Əlaqələndirici şəxs – Emin Quliyev.

Ünvan – Bakı şəhəri, Moskva prospekti 69a. Tikilməkdə olan me­liorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefonlar – 431-08-64; Faks 430- 79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq üçün aşağıda qeyd olunan hesaba 500 (beş yüz) manat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN – 1300300711

H/h – AZ 10 IBAZ 380700194497 16100216

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h – AZ­03NABZ01350100000000002944

VÖEN – 9900001881

Kod – 805562

SWIFT: IBAZAZ2Х

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

– tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalı­dır);

– tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;

– malgöndərən (layihəçi) haqqında tələb olunan sənədlər;

– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın­da arayış ;

– malgöndərənin (layihəçinin) fəaliyyəti haqqında lisenziya;

– dövlət reyestrindən çıxarış;

– son maliyyə dövrünə olan məlumatı əks etdirməklə malgöndərənin (layihəçinin) fəaliyyəti haqqında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti;

– maliyyə vəziyyəti barədə bank arayışı;

– son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınma­dan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olma­ması haqqında arayış;

– qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.

İddiaçılar qeyd olunan sənədləri 4 noyabr 2020-ci il saat 18.00-а qədər tender komissiyasına dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 16 noyabr 2020-ci il saat 17.00-а elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 17 noyabr 2020-ci il saat 12.00-dа açılacaqdır .

Tender komissiyası

16 Oktyabr 2020 02:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə