Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC İmişli rayonunda Qızılarx kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanmasının satın alınması məqsədilə TENDER ELAN EDİR

Yeni Cənubi Muğan kanalından su götürən uzunluğu L=29,5 km, sərfi Q=12,0 kubmetr saniyə olan 1960-cı ildə istismara verilmiş torpaq məcralı Qızılarx kanalı İmişli rayonu, Araz çayının sağ sahilində yerləşən İmişli rayonunun Muğan, Mərzəli, Dirçəliş, Hacalmuradlı və Qızlar təsərrüfatları üzrə ümumilikdə 10838 ha ərazisini suvarır. Kanaldan sahələrə su 14,7 km əsas qolla, 145,6 km isə 2-ci və 3-cü dərəcəli kanallar vasitəsilə çatdırılır.

Keçən müddət ərzində kanalın torpaq məcrası deformasiyaya uğra­mış, dərinləşmiş və genişlənmiş, su itkiləri isə 30%-ə çatmışdır. Qurğularla birlikdə Qızılarx kanalının su itkiləri ilə mübarizə tədbiri kimi kanalın beton üzlüyə alınması və yenidən qurulması sahə daxilində su itkilərinin qarşısının alınması ilə torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırıl­masına gətirib çıxaracaqdır. Bu kanalın göstəriciləri və suvarma sahəsi, texniki -iqtisadi əsaslandırma mərhələsində dəqiqləşdirilməlidir.

“İmişli rayonunda Qızılarx kanalı­nın yenidən qurulmasının texniki- iq­tisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması”obyektinin texniki-iqtisadi əsaslandırılması tex­niki-iqtisadi əsaslandırma aşağıdakı göstəricilərlə yerinə yetirilməlidir:

– Qızılarx kanalının su sərfi – 12 m3/s, uzunluğu – 29,5 km;

– Qızılarx kanalından sahələrə pay­layıcı qolun uzunluğu - 14,7 km;

– II və III dərəcəli kanallar - uzunlu­ğu 145,6 km

– Bu kanalların yenidən qurulması ilə suvarılacaq sahə – 10838 ha

Texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün tələbat

– Bu kanalların xidmət etdiyi İmişli rayonunun ərazisində aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişlənmişdir. Ona görə də yeni təsərrüfatçılıq və ba­zar iqtisadiyyatı şəraitində suvar­ma suyundan səmərəlli istifadə edilməsi, bu kanalların zonasında yerləşən mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması, torpaq­ların meliorativ vəziyyətinin yaxşılaş­dırılması məqsədilə kollektor-drenaj şəbəkəsinin bərpası və yenidən qurulması ilə bərabər yeni suvarılacaq torpaq sahələrinin kənd təsərrüfatına cəlb olunması texniki -iqtisadi əsaslandırmada öz əksini tapmalıdır.

– Bu magistral kanalın yenidən qurulmasında bir neçə variantlara baxılması, Azərbaycanda qüvvədə olan, eləcə də beynəlxalq tikinti norma və qaydalarının tələblərini nəzərə almaqla müasir tələblər səviyyəsində texniki-iqtisadi, ekoloji, istismarı və idarəedilməsi cəhətdən daha səmərəli variantın müəyyən edilməsi.

– Texniki-iqtisadi əsaslandırmanın hazırlanması 3 ay müddətində həyata keçirilməlidir. Bu müddət ərzində kanalın xidmət ərazisinə daxil olan suvarılan torpaqları suvarma suyu ilə təmin edən magistral və paylayıcı kanalların hazırki vəziyyəti mövcud olan arxiv, elmi-tədqiqat və layihə məlumatlarını toplamaq, eləcə də respublikanın aidiyyəti təşkilatlarından alınmış məlumatların təhlili, yerlərdə aparılmış tədqiqat və axtarış işləri əsasında onların işi qiymətləndiriləcək və hesabat sərfləri, suvarılan mövcud torpaq sahələrinin suvarılması üçün verilən suyun miqdarı və su itkiləri müəyyənləşdirilərək texniki-iqtisadi əsaslandırmada öz əksini tapmalıdır.

Texniki-iqtisadi əsaslandırmada layihənin maliyyə, iqtisadi, ictimai və ekoloji şərtlərinin müəyyən olun­ması, risklərin və mənfi təsirlərin aradan qaldırılması tədbirləri qiymətləndiriləcəkdir.

Texniki-iqtisadi əsaslandırmanın sənədləri Azərbaycan dilində tərtib olunmaqla, sənədlər 6 nüsxədə çap və elektron formada sifarişçiyə təqdim edilməlidir.

Texniki-iqtisadi əsaslandırma aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra layihə sənədləri 3 mərhələdə (1-ci mərhələdə əsas Qızılarx kana­lı, 2-ci mərhələdə I-II dərəcəli, 3-cü mərhələdə isə III dərəcəli kanalların yenidən qurulması), hər bir mərhələni 3 ay müddətində hazırlamaqla sifarişçiyə təqdim olunması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu­na uyğun yuxarıda göstərilən tender predmeti üzrə təklifləri texniki və maliyyə təkliflərindən ibarət ayrı-ayrı­lıqda hazırlamaqla, dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– analoji işlərdə təcrübəsi;

– texniki təklifdə göstərilən işin əsaslı hesabatı və ətraflı metodologi­yası;

– maliyyə vəziyyəti;

– işin yerinə yetirmə müddəti;

– aşağı qiymət.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Əlaqələndirici şəxs – Emin Quliyev.

Ünvan – Bakı şəhəri, Moskva pros­pekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefonlar – 431-08-64; Faks 430- 79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq üçün aşağıda qeyd olunan hesaba 500 (beş yüz) manat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN–1300300711

H/h–AZ 10 IBAZ 380700194497 16100216

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h–AZ­03NABZ01350100000000002944

VÖEN–9900001881

Kod–805562

SWIFT: IBAZAZ2Х

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

– tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalı­dır);

– tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;

– malgöndərən (layihəçi) haqqında tələb olunan sənədlər;

– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın­da arayış;

– malgöndərənin (layihəçinin) fəaliyyəti haqqında lisenziya;

– dövlət reyestrindən çıxarış;

– son maliyyə dövrünə olan məlumatı əks etdirməklə malgöndərənin (layihəçinin) fəaliyyəti haqqında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti;

– maliyyə vəziyyəti barədə bank arayışı;

– son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınma­dan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olma­ması haqqında arayış;

– qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.

İddiaçılar qeyd olunan sənədləri 4 noyabr 2020-ci il saat 18.00-а qədər tender komissiyasına dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 16 noyabr 2020-ci il saat 17.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 17 noyabr 2020-ci il saat 12.00-dа açılacaqdır .

Tender komissiyası

16 Oktyabr 2020 02:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə