Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Yuxarı Zeyxur kanalının yenidən qurulması və Samur–Abşeron kanalının yeni kanalla qidalandırılmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanmasının satın alınması məqsədilə TENDER ELAN EDİR

Samur çayından su götürən uzunluğu 42 km (onun 8,8 km-i beton) və başlan­ğıcda suburaxma qabiliyyəti 4,5 kubmetr saniyə olan kanal vasitəsilə Qusar rayo­nunun 6091 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Kanaldan suvarma sahələrinə suyun verilməsi 39,5 km qol və 118 km 3-cü dərəcəli kanallar vasitəsi ilə verilir.

Kanal ötən əsrin 30-cu illərində inşa edilmişdir. Uzun müddət istismar olun­duğu və dağətəyi zonada yerləşdiyidən və sel suları təsirindən kanalın məcrası ciddi deformasiyaya uğramış, ona görə də su itkiləri 35 faizi təşkil edir. Kana­lın yenidənqurulması ilə mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də şimal zonasının, Bakı, Suma­qayıt şəhərlərinin və Abşeron yarımada­sının əhalisini, torpaqlarını və sanayesini içməli, suvarma və texniki su ilə təmin edən Samur–Abşeron kanalına əlavə suyun verilməsi imkanı yaranacaqdır.

Yuxarı Zeyxur kanalının başlanğıcın­da su buraxma qabiliyyətinin artırılması və uzunluğu təqribən 10-12 km olan qidalandırıcı kanalın tikintisi nəzərdə tutulur.

Bu kanalın göstəriciləri və suvarma sahəsi, texniki- iqtisadi əsaslandırılması mərhələsində dəqiqləşdirilməlidir.

“Yuxarı Zeyxur kanalının yenidən qurulması və Samur–Abşeron kanalının yeni kanalla qidalandırılmasının texni­ki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması” obyektinin texniki-iqtisadi əsaslandırılması aşağıda­kı göstəricilərlə yerinə yetirilməlidir:

– Yuxarı Zeyxur kanalının su sərfi - 4,5 m³/s, uzunluğu - 42 km;

– Yuxarı Zeyxur kanalının qolunun uzunluğu - 39,5 km;

– III dərəcəli kanallar - 118 km uzun­luğunda

– Bu kanalların yenidən qurulması ilə suvarılacaq sahə - 6091 ha

Texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün tələbat

– Bu kanalların xidmət etdiyi Qusar, Abşeron rayonlarının, Bakı və Sum­qayıt şəhərlərinin ərazilərində aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişlənmişdir. Ona görə də yeni təsərrüfatçılıq və bazar iqtisadiyyatı şəraitində suvarma suyundan səmərəli istifadə edilməsi, bu kanalların zonasın­da yerləşən mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaq sahələrinin kənd təsərrüfatına cəlb olunması texniki- iqti­sadi əsaslandırılmada öz əksini tapma­lıdır.

– Bu magistral kanalın yenidən qurul­masında bir neçə variantlara baxılması, Azərbaycanda qüvvədə olan, eləcə də beynəlxalq tikinti norma və qaydalarının tələblərini nəzərə almaqla müasir tələblər səviyyəsində texniki-iqtisadi, ekoloji, istismarı və idarəedilməsi cəhətdən daha səmərəli variantın müəyyən edilməsi.

– Texniki-iqtisadi əsaslandırmanın hazırlanması 4 ay müddətində həyata keçirilməlidir. Bu müddət ərzində kanalın xidmət ərazisinə daxil olan suvarılan torpaqları suvarma suyu ilə təmin edən magistral və paylayıcı kanalların hazır­kı vəziyyəti mövcud olan arxiv, elmi-tədqiqat və layihə məlumatlarını topla­maq, eləcə də respublikanın aidiyyəti təşkilatlarından alınmış məlumatların təhlili, yerlərdə aparılmış tədqiqat və axtarış işləri əsasında onların işi qiymətləndiriləcək və hesabat sərfləri, suvarılan mövcud torpaq sahələrinin suvarılması üçün verilən suyun miqdarı və su itkiləri müəyyənləşdirilərək tex­niki-iqtisadi əsaslandırılmada öz əksini tapmalıdır.

– Texniki-iqtisadi əsaslandırmada layihənin maliyyə, iqtisadi, ictimai və ekoloji şərtlərinin müəyyən olunması, risklərin və mənfi təsirlərin aradan qaldı­rılması tədbirləri qiymətləndiriləcəkdir.

Texniki-iqtisadi əsaslandırmanın sənədləri Azərbaycan dilində tərtib olunmaqla, sənədlər 6 nüsxədə çap və elektron formada sifarişçiyə təqdim edilməlidir.

Texniki-iqtisadi əsaslandırma aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra layihə sənədləri 2 mərhələdə (1-ci mərhələdə Yuxarı Zeyxur kanalının, 2-ci mərhələdə isə II-III dərəcəli kanalların yenidən qurulması), hər mərhələni 3 ay müddətində hazırlamaqla sifarişçiyə təqdim olunması nəzərdə tutulur.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu­na uyğun yuxarıda göstərilən tender predmeti üzrə təklifləri texniki və maliyyə təkliflərindən ibarət ayrı-ayrılıqda hazırla­maqla, dövlət satınalmalarının vahid in­ternet portalı vasitəsilə elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi za­manı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– analoji işlərdə təcrübəsi;

– texniki təklifdə göstərilən işin əsaslı hesabatı və ətraflı metodologiyası;

– maliyyə vəziyyəti;

– işin yerinə yetirmə müddəti;

– aşağı qiymət.

Müqaviləni yerinə yetirmək üçün ten­der iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Əlaqəlndirici şəxs – Emin Quliyev.

Ünvan - Bakı şəhəri, Moskva pros­pekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqa­siya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefonlar- 431-08-64; Faks 430-79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq üçün aşağıda qeyd olunan hesaba 500 (beş yüz) manat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN – 1300300711

H/h – AZ 10 IBAZ 380700194497 16100216

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h – AZ­03NABZ01350100000000002944

VÖEN – 9900001881

Kod – 805562

SWIFT: IBAZAZ2Х

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

– tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

– tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;

– malgöndərən (layihəçi) haqqında tələb olunan sənədlər;

– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış ;

– malgöndərənin (layihəçinin) fəaliyyəti haqqında lisenziya;

– dövlət reyestrindən çıxarış;

– son maliyyə dövrünə olan məlumatı əks etdirməklə malgöndərənin (layihəçinin) fəaliyyəti haqqında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti;

– maliyyə vəziyyəti barədə bank arayışı;

– son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası­nın Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında arayış;

– qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.

İddiaçılar qeyd olunan sənədləri 4 no­yabr 2020-ci il saat 18.00-а qədər tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 16 no­yabr 2020- ci il saat 17.00-а qədər elekt­ron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 17 noyabr 2020-ci il saat 12.00-dа açılacaqdır .

Tender komissiyası

16 Oktyabr 2020 02:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə