Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanıl­ması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz.

Son iki onillikdə əldə etdiyiniz uğur­ları, eləcə də şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, həmçinin Sizin fikirlərinizi dünyaya çatdı­ran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərli fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz.

Geosiyasətdə zaman hər şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsindən xəbərdarıq.

Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nüma­yiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik.

Siz daha güclü və daha nüfuzlusunuz.

Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş katibimizlə birgə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinasiya edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzu­larımızı çatdırırıq. Dualarımız Sizinlədir.

Hörmətlə,

Əmr MUSA,
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri
Turki Al FAYSAL, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Fondunun Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri

14 Oktyabr 2020 01:58 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə