Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Bu çətin dövrdə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dost­luq əlaqələrini bir daha vurğulayıram.

Son günlərdə mülki insanların qətlə yetirilməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tap­masını diləyirəm. BMT Təhlükəsizlik Şura­sının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Hazırda gözəl ölkəniz yeni çağırışla üz-üzədir. Ancaq təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Əminəm ki, uğurlu rəhbərliyiniz və müdrikliyiniz sayəsində Siz xalqınızı doğru yolla irəliyə aparacaq, bununla da hamı üçün sülhü və firavanlığı təmin edəcəksiniz.

Hörmətli cənab Prezident, həmçinin Ni­zami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlu fəaliyyətini vurğulamaq istərdim. Mərkəzimiz nüfuzlu həmsədrləri, fəal və yaradıcı baş katibi ilə birlikdə hər zaman tolerantlığı, dialoqu, anlaşmanı və birgəyaşayışı təşviq edən qabaqcıl quruma çevrilməyə çalışır. Biz mərkəzdə bu məsələ ilə bağlı fikirlərimizi bölüşmək üçün mütəmadi görüşlər keçiririk.

Hörmətlə,

Dalia İTZİK,
2007-ci ildə İsrailin Prezidenti, 2006-2009-cu illərdə Knessetin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

14 Oktyabr 2020 01:57 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə