Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi 2020-ci ildə yaşıllıqların salınması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot- 1. Yaşıllıqların salınması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ana­loji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkan­larına malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın axırınadəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-Müşfiq Məmmədov. Ünvan-Sumqayıt şəhəri, 41-ci məhəllə.

E-mail: İ[email protected]

Telefon- iş 018 644-73-71, mobil 055 934-39-39.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 200 manatdır.

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat- Sumqayıt Şəhər İH MKTİB-in Yaşıllaşdırma İdarəsi

ABB-nin Sumqayıt filialı

Kod-805658

VÖEN- 9900001881

M/h-AZ03NABZ 01350100000000002944

H/h- AZ32İBAZ 38060019449616318213

VÖEN-2900390241

SWIFT BİK - AİİBAZ 2 X

Malgöndərənlər (podratçılar) iddiaçı sta­tusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi ten­der təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olma­lıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddi­açıların işçilərinin sayı, əmlakları, avadanlıq­ları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 2 noyabr 2020-ci il saat 9.00-a kimi tender komissi­yasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 12 noyabr 2020-ci il saat 9.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 13 noyabr 2020-ci il saat 9.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

13 Oktyabr 2020 02:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 May 2021 | 00:35
BİLDİRİŞ
9 May 2021 | 00:29
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə