Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba rayonunun Birinci Nügədi kəndinin və Almaz Qazmalar yaşayış massivinin sakinlərindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının inkişafının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Siz bu inkişafı uğurla davam etdirirsiniz. Ölkəmizdə həyata keçirilən sosi­al-iqtisadi layihələr, infrastrukturun yenidən qurulması, xüsusilə yolların, körpülərin inşası vətəndaşların rifahına xidmət edir.

Biz - Quba rayonunun Birinci Nügədi kəndinin və Almaz Qazmalar yaşayış mas­sivinin sakinləri də bu abadlıq-quruculuq işlərinin canlı şahidləriyik. Kəndimizi rayon mərkəzi ilə birləşdirən yeganə körpünün əsaslı təmir olunması ilə bağlı 2020-ci ilin iyul ayında Sizə kollektiv müraciət göndərmişdik. Müraciətimizdən sonra körpü tez bir za­manda və yüksək keyfiyyətlə yenidən inşa olundu.

Hörmətli cənab Prezident, XXI əsrin bəlası olan koronavirus pandemiyası dünya üçün ciddi sosial-iqtisadi problemlər yaradıb. Sizin rəhbərliyinizlə dərhal həyata keçirilən qabaqlayıcı tədbirlər və vətəndaşların sağlamlığının qorunması ilə bağlı verilən qərarlar xalqa olan sevginizdən irəli gəlir. Məhz bu səbəbdən pandemiyanın ölkəmizdə törədə biləcəyi kütləvi fəsadların qarşısı alınır. Kütləvi informasiya vasitələrinin verdiyi məlumatlarda göstərilir ki, bir çox ölkələr pandemiya ilə mübarizə çərçivəsində əksər sosial layihələrin icrasını dayandırıb. Lakin müdrik siyasətiniz nəticəsində ölkəmizdə nəinki sosial layihələrin icrası dayandırılıb, infrastrukturun qurulması davam etdirilir və hətta kiçik bir kəndin sakinlərinin müraciəti nəzərə alınaraq möhkəm körpü tikilib. Kör­pünün inşası düşmənlərimizə və qəlbiqara, sapı özümüzdən olan baltalara gözdağıdır. Bununla bir daha sübut etdiniz ki, dövlətimiz qüdrətlidir, sabitdir və gələcəyə doğru inamla addımlayır.

Cənab Prezident, valideynlərimiz işə getmək, qardaşlarımız Vətəni qorumaq, qızlarımız və oğlanlarımız təhsil almaq, cəmiyyətə, xalqa yararlı olmaq üçün bu körpüdən keçəcəklər. İllər ötəcək, övladları­mıza və nəvələrimizə, onlar da öz xələflərinə dünyada pandemiyanın at oynatdığı bir dövrdə onlar üçün yeni körpünün tikilməsini həyata keçirən rəhbərin İlham Əliyev olduğu­nu sevə-sevə söyləyəcəklər.

Hörmətlə,

Allahverdiyeva HÜLYA,
Məlikov AYDIN,
Əbdülrəhmanova AYGÜN,
Quliyev RAMAZAN,
Zeynalov Namik və başqaları (cəmi 31 nəfər).

Azərbaycan Respublikası, Quba rayonu, Birinci Nügədi kəndi.

13 Oktyabr 2020 00:30 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə