Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Artıq bir həftədir ki, biz çox sayda insanın həlak olması və yaralanmasına səbəb olan silahlı münaqişəni izləyirik. Bu münaqişənin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlıdır. Beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilər də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycanın otuz ildir Ermənistan tərəfindən işğal olunan əraziləri üzərində tam suverenliyini bərpa etmək hüququnu qətiyyətlə dəstəkləyərək, dünya birliyini bu münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun olaraq tam şəkildə həllində, Azərbaycan ərazilərinin işğalına son qoyulmasında fəal iştirak etməyə çağırıram.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi, hamımızın dəstəyinə arxa­lana bilərsiniz. Ürəkdən arzu edirəm ki, Azərbaycan bu haqq mübarizəsində qalib gəlsin.

Hörmətlə,

Sali BERİŞA,
1992-1997-ci illərdə Albaniyanın Prezidenti 2005-2013-cü illərdə Albaniyanın Baş Naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

13 Oktyabr 2020 00:27 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə