Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Biz hazırkı vəziyyəti böyük narahatlıqla izləyirik. Bütün dünyanın ölümcül COVID-19-a qarşı mübarizə apardığı bir vaxtda uşaqların qətlə yetirilməsi və şəhərlərin dağıdılma­sına heç nə ilə haqq qazandırmaq olmaz. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Biz BMT və digər beynəlxalq təşkilatları daha fəal olma­ğa, həmçinin öz üzərilərinə götürdükləri öhdəlikləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütöv­lüyünün təmin olunması ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrini dərhal yerinə yetirməyə çağırırıq.

Cənab Prezident, həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüquq normalarının təşviqi istiqamətində ça­lışdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq statusuna göstərdiyiniz bütün dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Məhz bu dəstək sayəsində mərkəzimiz etibarlı və nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Hörmətlə,

Yadranka KOSOR,
2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

13 Oktyabr 2020 00:24 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə