Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polkovnik Şair Ramaldanov: Gəncədə həlak olmuş insanların qisası döyüş meydanında alınır

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən danışıqlarından sonra hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi, cəsədlərin mübadiləsi üçün oktyabrın 10-dan Qarabağda humanitar atəşkəs elan edilməsi barədə üçtərəfli razılaşmaya məhəl qoymayan Ermənistan tərəfi əks-hücum əməliyyatlarını, cəbhəyanı bölgənin yaşayış məntəqələrinin iriçaplı silahlardan  atəşə tutulmasını namçərdcəsinə davam etdirdi. 

Oktyabrın 11-nə keçən gecə isə düşmən müharibə qaydalarını və beynəlxalq qadağaları tapdalayaraq cəbhədən xeyli aralıda yerləşən Gəncə şəhərinə yenidən Ermənistan ərazisindən ballastik raket atdı. Bu hücumlar nəticəsində 10-dan artıq dinc sakin-- günahsız uşaq, qadın, qoca həlak oldu. Çoxmənzilli yaşayış binası, mülki evlər və digər tikillilər bi andaca dağıdıldı. Ermənisrtanın bütün sivil normaları saya salamayan, açıq bəşəri cinayət  sayılan bu hərəkətinə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov  bildirdi:

– Ermənilərin humanitar atəşkəs barədə razılaşma əldə edildikdən sonra bu cür addım atması ilk hal olmadığı üçün təəccüblü də deyil.

İnsanlıq xislətini itirmiş işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi I Qarabağ müharibəsi dövründə atəşkəs elan ediləndə də hərdəfə razılaşmanı pozur və vəziyyəti öz xeyirlərinə dəyişmək üçün fürsət qazanmağa çalışırdılar. Sonuncu proseslər göstərdi ki, humanitar atəşkəslə bağlı gərgin danışıqlar aparılamsına baxmayaraq, ermənilər yenə  öz xislətindən əl çəkmədilər.

Moskava danışıqlarından əvvəl Azərbaycan Prerzidenti, Ali Baş Komandan  İlham Əliyevin televiziya ilə xalqa müraciət etməsi isə ölkəmizin sülhsevər, humanist mövqeyini bir daha ortaya qoydu. Dövlət başçısının dediyi kimi, düşmənə ağlını başına yığmaq üçün daha bir şans verildi. Humanist addım oplaraq,  Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə meyitlərin və əsirlərin təhvil verilməsilə bağlı razılıq əldə edildi. Amma göründüyü  kimi, ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır.

Təcavüzkar Paşinyan hakimiyyəti bilir ki, Qızıl Xaç Komitəsi vasitəsilə çox sayda meyitin Ermənistana təhvil verilməsi oradakı əsgər analarını və ailələrini, eləcə də geniş ictimaiyyəti ayağa qaldıracaq və kütləvi etiraza səbəb olacaq. Bundan qorxan işğalçı ölkənin rəhbərliyi Moskva danışıqlarına məhəl qoymayaraq, humanitar atəşkəs rejimini qəsdən pozdu. Razılıq əldə edilsə də cəbhədə silahlar susmadı. Ermənilər əldə edilmiş razılaşmadan istifadə edib, irəliləməyə cəhd  göstərdilər. Lakin Azərbaycan Ordusu bu kəmfürsət hücumların qarşısını qətiyyətlə və düzgün müdafiə əməliyyatları ilə  aldı. Sərrast, güclü cavab atəşiləri ilə düşmən çoxsaylı itkilər verərək yenə də geri çəkilməyə məcbur edildi.

Hərbi ekspert daha sonra qeyd etdi ki, döyüş meydanında uduzmağın əvəzini Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə zərbə endirməklə çıxmaq istəyən Ermənistan rəhbərliyinin cəbhədən uzaq Gəncə və Mingəçevir şəhərlərini vurması dövlət terrorizmi və bəşəri çinayətdir:

– Bu vandallıq və soyqırım aksiyası insanlıq prinsiplərinə açılan amansız atəş, beynəlxalq normalara açıq meydan oxumaqdır. Ermənistanın bu vaxtadək davam edən belə hərəkətlərinin qarşısı alınmadığına görə bu əmməlləri törədənlər yenə cazasıq qalacaqlarına əmindirlər. Onların bu addımlarının bir məqsədi var: ölkə daxilində qorxuya düşən, narahat olan cəmiyyəti sakitləşdirsinlər, guya, ermənilər geri çəkilmirlər, ərazi itirmirlər və s. Ermənistan rəhbərliyi Gəncə və Minəgəçeviri vurmaqla uğursuzluğunu ört-basdır etməyə çalışır, öz cəmiyyətini aldadır.

Bütün cəbhə boyu irəliləyən, torpaqlarını işğaldan azad etməyə  qadir olan Azərbaycan tərəfi isə yaranmış situasiyaya tam hakimdir. Prezident İlham Əliyevin xalqa müraciətlərində, beynəlxalq auditoriyaya verdiyi bəyanat və açıqlamalarda dönə-dönə vurğuladığı kimi, Azərbaycan rəhbərliyi nəyi necə və vaxt etmək lazım olduğunu yaxşı bilir. Koordinasiya olunmuş ordumuz cəbhə boyu tam üstünlük qazanıb-- buna heç kimin şübhəsi olmasın.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov sonda dedi: “Ermənistan tərəf  bu dəfə də humanitar atəşkəsi pozduğuna görə Azərbaycan Ordusu işğalçı qüvvələrə qarşı öz hərbi əməliyyatlarını davam etdirməyə məcbur oldu. Hazırda torpaqlarımızı azad etmək uğrunda, plana uyğun olaraq, döyüşlər aparılır. Gəncədə və cəbhəyanı bölgədə həlak olmuş günahsız insanların qisası işğalçı ordudan döyüş meydanında alınır. Ermənistan tərəf işğal olunmuş ərazilərimizdən xoşluqla çıxmadığına görə biabırçı məğlubiyyətlə geri oturdulur. İşğalçı düşmənin darmadağın edilməsinə çox qalmayıb.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

12 Oktyabr 2020 11:26 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə