Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC daxili vəsaiti hesabına elektron satınalma vasitəsilə pnevmatik rezin tıxacların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender. gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu;

-tenderin tələblərinə uyğun aşağı qiymət.

Malgöndərənlər (podratçılar) aşağı­dakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınalma­larının vahid internet portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 300 manatdır.

Təşkilat- “Azərsu” ASC

VÖEN- 9900001751

Bank- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

M/h- AZ37NABZ 0135010000000001944

S.W. İ. F. T. BIK- AİİBAZ2X

H/h- AZ65AİİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 75 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qey­diyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uy­ğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 noyabr 2020-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 12 noyabr 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 13 notyabr 2020-ci il saat 18.00-da dövlət satınalmalarının vahid internet portalında həyata keçiriləcəkdir.

11 Oktyabr 2020 00:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə