Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Terrorçu, insanlıq vǝ mǝdǝniyyǝt düşmǝni olan ermənilər qəsbkar siyasətlərinin cavabını verirlər

Ölkəmizin yeni bir tarix yaşadığı bu günlərdə  şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altın­da olan torpaqlarımızı azad etməkdədir. Xalqımızın bu qəhrəmanlıq  tarixinə yazılan yeni səhifələr dostlarımız tərəfindən böyük coğqu və sevinclə qarğılanmaqdadır.

Bu sırada Ankaradan aldığımız dəstək də bizim üçün xususi bir önəm daşıdı. Köhnə dostlarımızdan olan Seyfəddin Altaylı bütün Türkiyənin  Azərbaycan Ordusunun  sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirilməsini alqışladığını, xalqımızın Qarabağın azadlığı uğrunda mübarizəsinin  boyük sevgi ilə qarşılandığını bildirir. O, deyir:

- Öncǝliklǝ sǝmimi qǝlbdǝn salamlarımı  çatdırıram, bu günü illərdir ki, cox böyük həsrətlə gözləmişik. Azərbaycan Ordusunun  sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını eşidən kimi möhtərəm prezident, Ali Baş Komandana müraciət ünvanladım. Tarix boyu imperialistlǝrin maşası olmuş hayların 1915-ci illǝrdǝn bǝri xalqlarımıza qarşı yürütdüyü işğalçı və qəsbkar siyasətin cavabı nəhəyət ki, verilməkdədir. Bu müqǝddǝs işdə Azǝrbaycanımıza vǝ şanlı ordumuza uğurlar dilǝyirǝm. Şǝhidlǝrimizin qanı yerdǝ qalmamalıdır.

Seyfəddin müəllim qeyd edir ki,  özünǝ “hay” deyǝn bu xalqın tarix boyu  dövlǝti olmayıb, hǝmişǝ onun-bunun kölgǝsindǝ yaşamışlar. Bunlar Hindistandan gǝldiklǝrindǝ Teselyanın şimal tǝrǝfindǝ İlluriya bölgǝsindǝ mǝskunlaşmışlar. Xəyanətkar bir xalq olduqlarına görǝ dǝ İlluriyalılar onları torpaqlarından qovmuşlar vǝ Anadoluya hansı tarixdǝ gǝldiklǝri də bəlli deyil. Eradan qabaq 6-cı yüzilǝ kimi nǝ Anadolu torpaqlarında, nǝ dǝ Qafqazda onların izi-tozu olmamışdır.

Osmanlı dövlǝtinin ikinci sultanı Orxan Qazi 1324-cü ildǝ Bursa şǝhǝrini  dövlǝtin paytaxtı elan etdikdǝn sonra Kütahya şǝhǝrindǝ yaşayan hayların ǝksǝriyyǝti vǝ bunların ruhani rǝhbǝrliyi Bursa şǝhǝrinǝ köçürülmüş , bunlara ilk dǝfǝ tarixdə kimlik vǝ şǝxsiyyǝt qazandırılmışdır. Fateh Sultan Mehmet 1453-cü ildǝ İstanbulu fəth etdikdən sonra hayların Bursa şǝhǝrindǝki ruhani rǝhbǝri Hovakimi İstanbula gǝtirtmiş vǝ 1461-ci ildǝ verdiyi  fǝrmanla onların patriarxlığını yaratmışdır. Yavuz Sultan Sǝlim 1514-16-cı illǝrdǝ Güney Qafqaz vǝ Şǝrqi Anadolunu tutduqda hayları öz himayǝsinǝ almış vǝ İstanbul patriarxlığına bağlamışdır. Bunlar yüzillǝr boyu Osmanlı dövlǝtindǝn himayǝ görmüşlǝr.  Dillǝrinǝ, dinlǝrinǝ, mǝdǝniyyǝtlǝrinǝ  toxunulmamış, dövlǝtin yüksǝk postlarına belǝ çıxmalarına imkan yaradılmışdır. Bunlardan biri olan Mǝhmǝd Paşa hay ǝsillidir vǝ XVI-cı ǝsrdǝ vǝzir olmuşdur, Divrikli Düzyan nǝsli sarayın zǝrgǝri olmuşdur, XVIII-ci yüzildǝ Sasyan ailǝsinin hǝkimlǝri sarayda həkimlik etmişdir, XIX-cu ǝsrdǝ Bezciyan ailǝsindǝn zǝrbxana nazirlǝri, Dadyan ailǝsindǝn barıtxana nazirlǝri olmuşdur. Görürsünüz ki, türklər ǝn strateji yerlǝrǝ belǝ onların tǝyinindǝn narahatçılıq duymamış, onlara “tǝbǝǝi sadiqin” -sadiq tǝbǝǝ demişdir.

1876-cı ildǝ hayların patriarxı olan Nerses “Vǝtǝndaşlıq Mǝclisi Şurası”na tǝqdim etdiyi arayışında bunları dilǝ gǝtirmişdir: “Əgǝr günümüzǝ kimi ermǝni millǝti, millǝt kimi qorunubsa vǝ inamını, kilsǝsini, dilini, tarixi vǝ mǝdǝni dǝyǝrlǝrini qoruyubsa, bütün bunları türk hökumǝtinin ermǝni millǝtinǝ göstǝrdiyi yardım, xeyirxahlıq sayǝsindǝdir. Tale ermǝnilǝri türkǝ bağlamışdır, bu sǝbǝblǝ ermǝnilǝr bu dövlǝtin ağır günlǝrindǝ laqeyd qala bilmǝz, ona daim yardım etmǝk mǝcburiyǝtindǝdirlǝr. Vǝtǝnini sevǝn ermǝni dövlǝtǝ yardım edǝrǝk xidmǝtin vǝ yardımın ǝn yaxşısını onlardan görǝcǝkdir, bunu bilmǝlidir”.

Ancaq bunlar XIX-cu yüzilin sonlarından başlayaraq nǝinki patriarxlarının dediyi kimi Osmanlıya yardım etmiş, əksinə Fransanın, Rusiyanın, İngiltǝrǝnin, ABŞ-ın fitnəsi ilə Anadoluda iki milyon mǝsum insanı- uşaq-qadın, xǝstǝ-qoca fǝrqi qoymadan vǝhşicǝsinǝ qǝtlǝ yetirmişlər. Hǝmin soyqırımları Azǝrbaycanın hǝm qüzeyindǝ, hǝm dǝ günǝyindǝ hǝyata keçirmişdir. Qonaq gǝldiklǝri torpaqlarda ruslardan himayǝ görmüş Qǝrbi Azǝrbaycandakı bütün türklǝri qırğınlarla doğma yurdlarından didərgin etmişlər. İrǝvan xanlığının paytaxtı olan müqǝddǝs İrǝvan şǝhǝri yüz ildir bu murdar xalqın tapdağına çevrilmişdir. Göyçǝ, Dilican, Zǝngǝzur   Azǝrbaycandan alınaraq haylara bağışlamışdır. Bununla da kifayǝtlǝnmǝmişlǝr vǝ 1990-cı illǝrdǝ müqəddəs yurdumuzun 20 faizini  işğal etmişlǝr. Xocalı Soyqırımı kimi bir insanlıq faciǝsini yaratmışlar. Otuz ilǝ yaxın bir vaxtda işğal altında saxladıqları torpaqlarımızı qaytarmaq ǝvǝzinǝ, hǝtta BMT-nin qǝtnamǝlǝrini dǝ heçǝ sayaraq yenǝ yurdumuza hücumlar çǝkǝrǝk terrorçu, vandal bir xalq olduqlarını göstǝrmişlǝr. Nəhayət ki, ordumuz onlara lazımi cavabı verir vǝ verǝcǝkdir, axıra kimi dǝ vermǝlidir.

Azərbaycan dövləti və  Prezidenti  bölgədə sülh naminə böyük alicǝnablıq göstǝrǝrǝk, atǝşkǝslǝ bağlı şǝrtlǝrə əməl etmişdir. Amma zaman da göstərdi ki,  terrorçu, insanlıq vǝ mǝdǝniyyǝt düşmǝni olan ermənilər yenə bu əməllərindən əl çəkəsi deyillər. Ona görə sonuncu erməni silahlısı Azərbaycan torpaqlarından çıxarılana kimi davam etdirilməlidir. Bundan sonra Ermənistan dövlǝti  Azǝrbaycan dövlətindən və xalqından beynəlxalq ictimaiyyət önündə rǝsmi  üzr istǝmǝlidir. Dağıtdıqları şǝhǝr vǝ kǝndlǝrimizǝ vurduqları ziyana görə təzminat ödəməlidilər.

Altaylı bildirir ki, İrǝvan Qǝrbi Azǝrbaycan türklǝrinin öz dǝdǝ-baba yurdlarına qayıtmalarını da təmin etməlidir.  Türkiyǝ, Pakistan, Əfqanıstan, Macarıstan, Almaniya vǝ Rusiyanın iştirakıyla yaradılacaq beynǝlxalq qurumun qarşısında öhdəlik götürməlidirlər: onların malına vǝ canına hǝr hansı bir xǝtǝr toxunduqda Azǝrbaycan vǝ Türkiyǝnin birlǝşik qüvvǝlǝrinin ölkǝni işğal etmǝ hüququnun olduğunu, Türkiyǝnin dǝ zamin ölkǝ statusunu qǝbul edib imzalamaları şǝrtiylǝ atǝşkǝs olmalıdır.

P.S. Müsahibimiz olan  Seyfəddin Altaylı  1985-dən TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi verilişləri redaksiyasında  fəaliyyət göstərmiş və uzun bir sürə bu redaksiyanın rəhbəri olmuşdur.  2014-cü ilə kimi, həftədə  bir dəfə efirə  çıxan “Sözümüz, söhbətimiz”, “Türk tarixindən” (30 ay), “Azərbaycan tarixindən” (43 həftə),  “Dədə Qorqudda türk dövlət gələnəyi” (39 həftə), “Vaxta iz salanlar” (52 həftə) adlı proqramlar hazırlamış və səsləndirmişdir.  1988-dən Azərbaycanın azadlığı uğrundakı mücadiləsinə qoşulmuş,  sıx-sıx Azərbaycana gələrək  “Türkiyənin səsi” radiosunda verlişlər hazırlamışdır.

20 Yanvar qırğınından  sonra Almaniyaya gedərək Hollandiya, İsveçrə və Belçikada Bakıda törətdilən  vəhşiliyin dünyaya catdırilmasına calışmışdır.  Xocalı faciəsi ilə bağlı Türkiyədə mətbuat konfransları təşkil edərək Azərbaycanın haqq səsini və ermənilərin vəhşiliyini dünya dünya ictimaiyyətinə çatdırmışdır.

TRT-nin Xocalı soyqırımına dair çəkdiyi (1994)  “Azərbaycan faciəsi” adlı iki bölümlü sənədli filmin rəhbəri olub. Bu filmin 2002-2003-cü illərdə ingilis və fransız dillərinə tərcümə etdirən və dünyanın bir çox ölkələrində yayınlanmasına nail olan da  Seyfəddin Altaylı olmuşdur.  TRT-nin Azərbaycana həsr etdiyi “Qafqaz ulduzu” adlı 17 bölümlü sənədli filmin də (1995-1996) rəhbəri və məsləhətçisidir. 

Altaylı 2015-dən Bakıda yaşayır və Bakı Avrasiya Universitetini müəlimidir. Onun hazırladığı  üç cildddən ibarət lik “Azərbaycan Türkcəsi Sözlüyü”nü Türk Dil Qurumu nəşr edib (2018). Azərbaycan Yazıçılar Birliyinin, Ankaradakı Avrasiya Yazarlar Birliyi və Ankara Yazarlar Birliyinin üzvü olan Seyfəddin Altaylı 30-a yaxın elmi və elmi-publisistik kitabın müəllifidir.

Namiq Qədimoğlu,
“Xalq qəzeti”

10 Oktyabr 2020 12:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə