Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Ümumdünya Elm və İncəsənət Akademiyası Dağlıq Qarabağ­da hazırda baş verən hadisələri böyük narahatlıqla izləyir. Həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik. Biz akademiklər inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməli və onlara uyğun davranmalıdır.

Son on il ərzində biz müttəfiqimiz olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dialoq, tole­rantlıq və anlaşmanın təşviq olun­ması istiqamətində sıx əməkdaşlıq etmişik. Ümid edirik ki, bu, dünyaya fayda verməyə davam edəcək.

Hörmətlə,

Qarri YAKOBS
Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru

10 Oktyabr 2020 03:23 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə