Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və kollektivi Milli Ordumuza dəstək məqsədilə könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti köçürüblər.

DQİDK-nın əməkdaşları işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə əmin olduqlarını bildirərək, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbəliyi ilə şanlı Ordumuza yeni qələbələr arzulayırlar. 

Qeyd edək ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun kollektivləri də Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Qarabağ Azərbaycandır!

Səadət RZAYEVA,
“Xalq qəzeti”

9 Oktyabr 2020 12:35 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə