Ən son xəbərlər
Bu sözləri professor Adil Qeybulla ölkəmizdə COVID --19 infeksiyasına yoluxmanın artması haqda danışarkən deyib. Onun sözlərinə görə, payız aylarında ortaya çıxan bəzi soyuqdəymə xəstəlikləri tez-tez koronavirusla qarışdırılır:
“Qızdırması olan şəxslər təşvişə düşüb özünü test vermək məcburiyyətində hiss edir. Ümumiyyətlə, payız aylarında karantin qaydalarına daha çox riayət etmək və soyuqdəymə xəstəliklərindən qorunmaq lazımdır. Bir müddətdir ki, koronavirusa yoluxmada kəskin azalma müşahidə olunurdu. Lakin son günlərdə artım qeydə alınıb. Bu o deməkdir ki, bəzi vətəndaşlarımız karantin qaydalarına əməl etmir. Diqqətli olmaq, yenə də eyni ciddiyyətlə virusa qarşı mübarizə aparmaq lazımdır”.
Professor hərbi hissələrdə, kazarmalarda, hospitallarda da karantin qaydalarının gözlənilməsinin zəruri olduğunu bildirib.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə