Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Haydı, şanlı ordu, haydı!!!

Ordumuz müzəffər ordudur!

Ordumuz ordular dağıdan!

Ordumuz bədnəsil yağıdan,

Tamahkar, bədəsil yağıdan

İntiqam, kam alan ordudur,

Yurdumu tam alan ordudur,

Haydı, Odlar Yurdu, haydı,

Haydı, şanlı ordu, haydı!

Yurdumda hələ ki yağı var,

Qovuruq, qaçırlar yağılar...

Tezliklə açılar göy üzü,

Bu bulud dağılar, dağılar,

Haydı, Odlar Yurdu, haydı,

Haydı, şanlı ordu, haydı!

Sözümüz müstəqim, söz aydın!

Cəbrayıl alındı, göz aydın!

Qarşıda neçə bağ yurdu var,

Neçə düz, neçə dağ yurdu var,

Yurdları alacaq ordu var,

Haydı, Odlar Yurdu, haydı,

Haydı, şanlı ordu, haydı!

Cavanlı, qocalı gözləyir,

Babamız Xocalı gözləyir,

Xankəndi, Kəlbəcər müntəzir,

Laçın tək çox şəhər müntəzir,

Müntəzir, neçə kənd müntəzir,

Neçə sədd, neçə bənd müntəzir,

Çalarıq çox zəfər inşallah,

Olarıq müzəffər inşallah!

Haydı, Odlar Yurdu, haydı,

Haydı, şanlı ordu, haydı!

Əl açıq, qol açıq, yol açıq,

Sağa çıx, sola çıx, yola çıx,

Çat əsir Şuşaya, Şuşaya,

Müntəzir Şuşaya, Şuşaya,

Xilas et işğaldan Şuşanı,

Hifz elə zavaldan Şuşanı,

Haydı, Odlar Yurdu, haydı,

Haydı, şanlı ordu, haydı!

 

Şahin FAZİL

8.10.2020

9 Oktyabr 2020 01:17 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə