Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”dən hərbi jurnalistlərə rabitə dəstəyi

Şirkət tərəfindən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 manat köçürüldü

“Azercell Telekom” insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib. Şirkət cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 azn köçürüb.

Bununla da “Azer­cell” informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik.

Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə “Azercell Telekom” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. Eyni zamanda, Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq şirkətin Tbi­lisi prospektində yerləşən baş qərargahı – “Azer­cell Plaza”nın üzərində üçrəngli bayrağımız asılmışdır.

“Azercell” Milli Ordumuzun zəfəri naminə ön cəbhədə döyüşən öz əməkdaşları da daxil ol­maqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və cansağ­lığı arzu edir! Qarabağ Azərbaycandır!

“Xalq qəzeti”

9 Oktyabr 2020 01:09 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə