Ən son xəbərlər
Serbiya Türkiyədən pilotsuz uçan aparatlar almaq niyyətindədir. Bu bəyanatla Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edib. O deyib ki, türk PUA-ları son dərəcə mükəmməldir. “Ankara ilə razılıq əldə olunub-olunmamasını görəcəyik. Ancaq “Bayraqdar” PUA-ları çox mükəmməldir. Buna görə türk istehsalçılarını alqışlayıram. Serbiya hər zaman təhlükəsizliyini gücləndirmək istəyib. Biz heç kimi təhdid etmirik, heç kimə də hücum planlaşdırmırıq. Ancaq yaranma ehtimalı olan problemlərə qarşı hazırlıqlı olmalıyıq. Buna görə də lazım olan addımları atırıq”,-deyə A.Vuçiç bildirib.
Xəbəri “Anadolu” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə