Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Bu gün İsveçin paytaxtı Stokholmda 2020-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafatların sahiblərinin adı açıqlanıb.

Trend-in məlumatına görə, bu il bu mükafatı britaniyalı Rocer Penrouz, almaniyalı Reynhard Gentsel və amerikalı Andrea Gez əldə ediblər.

Onlar kainatda qara dəliklərlərin öyrənilməsi sahəsində tədqiqatlara görə mükafata layiq görülüblər.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, oktyabrın 9-da sülh və oktyabrın 12-də iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

6 Oktyabr 2020 16:32 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə