Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC “Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ) və ”Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası” obyektlərinin tikintisinin davam etdirilməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Qulami Aslanov.

Ünvan – Bakı şəhəri, Moskva prospekti 69a,

Tikilməkdə olan meliorasiya və irriqa­siya obyektlərinin birləşmiş müdiriyyəti.

E-mail: [email protected]

Telefon – 431-08-64; Faks 430-79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir obyekt üçün 1000 (min) manat məbləğdə vəsait ödədikdən sonra ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqa­siya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN– 1300300711

h/h – AZ 10 IBAZ 380700194497 16100216

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

m/h – AZ­03NABZ01350100000000002944,

VÖEN – 9900001881

SWIFT – IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış ;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti barədə bank ara­yışı;

- son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında arayış;

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti.

- digər sənədlər – tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiqləyən sənədlər.

İddiaçılar qeyd olunan sənədləri 4 no­yabr 2020-ci il saat 18.00-а qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 16 noyabr 2020-ci il saat 17.00-а qədər ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər qəbul olunmayacaqdır.

Təklif zərfləri 17 noyabr 2020-ci il saat 15.00-dа Bakı şəhəri, Hökumət evi, 5-ci mərtəbədə açılacaqdır .

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

4 Oktyabr 2020 00:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 May 2021 | 01:45
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə