Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti kondisionerlərə və havalandırma sistemlərinə ehtiyat hissələrinin və illik texniki xidmətin satın alınması məqsədilə TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Müsabiqə iştirakçılarına təklif olu­nur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflər sorğusu­nun qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və mallar üçün təminat müddəti. Təkliflər sorğusunda iştirak etmək istəyənlər yazılı müraciətdən və 100 (bir yüz) ma­nat məbləğdə, heç bir halda geri qaytarılmayan iştirak haqqını aşa­ğıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, A.Şərifzadə küçəsi 241 nömrəli ün­vandan (əlaqələndirici şəxs- Nurlan Kərimovdan, tel- (+99412) 4301316, (+99455) 2053918 ) ala bilərlər:

Bankın adı - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

M/ h - AZ­37NABZ01350100000000001944

S.W.İ.F.Т.: АIIBАZ2X

Təşkilatın adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti

H/h - AZ11AI­IB33010019441102259111

VÖEN – 2000435761

İddiaçılar təkliflər sorğusunda iş­tirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olun­muş qaydada) təqdim etməlidirlər:

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət.

2. Təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

5. İddiaçının tam adı, hüququ statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanından arayış.

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

9. İddiaçının analoji işlər üzrə təcrübəsi və potensial imkanı haq­qında məlumat.

İddiaçılar tender təklifini, bank təminatını və malgöndərən (podrat­çı) haqqında tələb olunan sənədləri möhürlənmiş ikiqat zərfdə 9 okt­yabr 2020-ci il saat 15.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 12 oktyabr 2020-ci il saat 15.00-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin iclas zalında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

3 Oktyabr 2020 01:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə