Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 14 fevral tarixli 635 nömrəli, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli və “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiya­sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında alter­nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci və 4-cü hissələrdə “Alterna­tiv və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazir­liyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın “Alter­nativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin 2-ci, 3-cü, 4-cü, 6-cı və 17-ci bəndlərinin “Əsas icraçılar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə, “Akronimlər” hissəsində “SEN – Azərbaycan Respublika­sının Sənaye və Energetika Nazirliyi” sözləri “EN – Azərbaycan Respublikasının Energeti­ka Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidenti­nin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 104; 2008, № 8, maddə 715; 2009, № 11, maddə 886; 2010, № 8, maddə 726; 2013, № 11, maddə 1450; 2014, № 2, maddə 112, № 4, maddə 391; 2015, № 4, maddə 437; 2016, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”in 26-cı, 66-cı və 67-ci hissələrinin “Əsas icraçı” sütunundan “, ABOEMDA” akronimi çıxarılsın;

2.2. “Akronimlər” hissəsindən “, ABOEMDA – Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidenti­nin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093, № 11, maddə 2287; 2019, № 5, maddə 899, № 11, maddə 1719) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planı”nın 1.14-cü bəndinin “Tədbirin adı” sütununda “Alternativ” sözü “Bərpa olunan” sözləri ilə və “İcraçılar” sütununda “Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respub­likasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidenti­nin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1648; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 1094) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında biolo­ji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsi üzrə:

4.1. 6.2.6-cı, 6.5.1.5-ci və 6.9.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilsin;

4.2. 6.9.2-ci yarımbəndin “Tədbirin adı” və “Gözlənilən nəticələr” sütunlarından “alternativ və” sözləri çıxarılsın;

4.3. “Akronimlər” hissəsinə “TN – Azərbaycan Respublikasının Təhsil Nazirli­yi” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

“EN – Azərbaycan Respublikasının Energetika Nazirliyi”.

5. Azərbaycan Respublikası Prezidenti­nin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022- ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində:

5.1. 1.9.5-ci yarımbəndin “İcraçı or­qanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilsin;

5.2. 1.10.1-ci, 1.10.2-ci yarımbəndlərin, 6.1-ci, 6.2-ci bəndlərin və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütunundan “ABOEMDA,” akronimi çıxarılsın;

5.3. 1.9.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Alternativ və bərpa” sözləri “Bərpa” sözü ilə və 1.10.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

5.4. “Akronimlər” hissəsindən “ABO­EMDA – Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2020-ci il

23 Sentyabr 2020 01:06 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə