Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Lot- 1. Müasir kiber hücumlarının qarşısının alınması üçün yeni nəsil təhlükəsizlik divarının (Palo Alto Networks NGWF) satınalınması.
Lot -2. İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki kömək xidmətinin 1 il müddətinə uzadılması.
Lot- 3. Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satınalınması.
Lot -4. Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrinin satınalınması.
Lot -5. Nəmləndirmə avadanlıqlarının satınalınması.
Lot- 6. Alpinist qurğularının ­satınalınması.
Lot- 7. Avtoyuyucu avadanlığının ­satınalınması.
Lot- 8.Texniki qurğu və avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.
Tender prosedurları 15 noyabr 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
• tenderdə iştirak etmək üçün ərizə;
• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• podratçının ixtisas göstəricilərinə dair məlumat;
• tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə); 
• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 31 oktyabr 2018-ci il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 14 noyabr 2018-ci il, yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. 
Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. ­Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir. 
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001 
M/h: AZ74NABZ 01451700000000001944 
S.W.I.F.T bik: NABZAZ 2C 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53, əlaqələndirici şəxslər- Lot -1-3 üzrə Ülvi Abdullayev (dax.: 1210), Lot- 4 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot -5-8 üzrə Elşad Bağırov (dax.: 1010), hüquqi məsələlər üzrə isə Fatimə Səlimlidir (dax.: 8025)).

Tender komissiyası

 

11 Oktyabr 2018 22:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə