Ən son xəbərlər
Qasırğalar üzrə ABŞ Milli Mərkəzinin məlumatına görə, “Salli” qasırğası ABŞ-ın Luiziana və Florida ştatlarına yaxınlaşır. Küləyin sürəti saatda 155 kilometrə çatır.Hazırda qasırğa Missisipi çayından 170 kilometr aralıda, Meksika körfəzinin yaxınlığındadır. Luiziana ştatının qubernatoru ştatda fövqəladə vəziyyət elan edib. Əhaliyə xəbərdarlıq edilib.
TASS-ın məlumatına görə, iki həftə əvvəl Luiziana ştatına gələn “Laura” qasırğası 25 nəfərin həyatına son qoyub.
Sinoptiklərin məlumatına görə, hazırda Atlantik okeanda 5 tropik qasırğa var. Qeyd edək ki, Atlantik okeanında qasırğa mövsümü iyun ayından noyabr ayının sonlarınadək davam edir.
ABŞ-ın qərb sahillərində, xüsusilə, Kaliforniya ştatında isə meşə yanğınları davam edir. Yanğın 3 milyon hektar sahəni əhatə edir. Yabğınsöndürənlər hələ də alovun öhdəsindən gələ bilmirlər.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə