Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Antivirus” sistemi gücləndirilməlidir

Mütəxəssislər bildirirlər ki, kəskin respirator virus, xüsusilə COVID-19 infeksiyasından insanın özünü bir növ sığortalaması üçün ilk növbədə “antivirus sistemi”ni gücləndirməliyik. Bu sistem insan doğulan andan etibarən çalışmağa başlayır. “Antivirus” dediyim bu funksiya nədir? Bu, insanın özünü ətraf mühitin infeksiyasından qorumasını təmin edən maddələr mübadiləsi deyilən təbii mexanizm və daxili energetika balansıdır.

Sağlam qidalar insan həyatı üçün əhəmiyyətlidir, hamilə qadın düzgün qidalanmalıdır ki, doğulacaq körpəsi genetik xəstəliklərdən sığortalansın, daha sağlam olsun. Yuxu rejimi və fiziki akivlik də insan sağlamlığının keşiyində dayanan əsas amillərdən biridir. Çünki bütün bunlar metabolizmanı və ya daxili “antivirus sistemi”ni gücləndirməyə xidmət edir. Odur ki, özümüzü xəstəliklərdən qorumaq istəyiriksə, sağlam qidalanmalıyıq, bütün vacib olan maddələri qidalardan almalıyıq.

Bu gün dünyada arıqlamaq üçün milyonlarla insan pəhriz saxlayır, təəssüf ki, onların çoxu düzgün qidalanmır. Xüsusilə qadınlarımız özünü ac saxlayır və heç nə yemirlər ki, fit bədənə sahib olsunlar. Bu yanlış həyat tərzidir. İstər meyvə-tərəvəz, ağartı, bitkilər, istərsə də ət məhsullarından əldə edilən maddələr orqanizm üçün olduqca vacibdir. Maddələr mübadiləsi çalışmalıdır ki, “antivirus sistemi” işlək vəziyyətdə olsun.

Statistika göstərir ki, kökələnlərin sayı həddən artıq çoxalıb. Hətta 60-70 kq kökələnlər var. Burda karantinin heç bir rolu yoxdur, insanlar özləri öz səhhətlərinə biganə yanaşıb. Səhər tezdən durub evdə də məşq etmək olar.

Yaxşı olardı ki, günəş çıxana yaxın, günəş çıxandan bir saat sonra, günəşin batmasına 15 dəqiqə qalmış və günəşin batmasından bir saat sonra. Günəş çıxandan bir saat sonra metabolizmanın sürətləndiyi dövrdür, amma metabolizma zəiflədiyi dövrdə də etmək lazımdır ki, bədən gümrah olsun.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Sentyabr 2020 14:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə