Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni üzvləri təsdiqlənib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi gənc tədqiqatçıları ilə daha sıx elmi və təşkilati əlaqələr qurmaq üçün hər il yeni doktorant və dissertantlarını Gənc Alim və Mütəxəssislər Şurasına üzv qəbul edir. Bu il də yaşı uyğun olan doktorant və dissertantların muzeyin adıçəkilən şurasına üzv seçilməsi məqsədilə onlayn iclas keçirilib.

Muzeyin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, iclasda yeni üzvlərə şuranın iş prinsipi, qayda və tələbləri izah olunub. Dissertant filologiya üzrə elmlər doktoru, dosent Vüsalə Ağabəyli, dissertant filologiya üzrə elmlər doktoru Mahirə Hacıyeva, doktorantlar İlahə Abbaslı, Murad Həsənli, İnci Həşimova və Elnarə Kərimova səsvermə yolu ilə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasına üzv qəbul ediliblər.

Sonra yeni üzvlərin sualları şuranın sədri Dilbər Hüseynova və təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva tərəfindən cavablandırılıb, üzvlərin təklifləri qiymətləndirilib.

Tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti planları, görüləcək işlər barədə müzakirələr aparılıb, gələcək fəaliyyətdə yeni üzvlərin də fəal iştirakını nəzərdə tutan layihələrin hazırlanması qərara alınıb.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

2 Sentyabr 2020 16:06 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə