Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibinin formalaşdırılması ilə əlaqədar məlumat

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Qərara əsasən bu siyahıya Azərbaycan Respubli­kası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, El­şad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb. Onunla yanaşı, bu siyahıya Azərbaycan Res­publikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikası­nın Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının Sədri Fikrət Məmmədov, Azərbaycan Respub­likası Ali Məhkəməsinin Sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Vəkillər Kollegiya­sının Rəyasət Heyətinin Sədri Anar Bağırov daxildirlər.

Azərbaycan Respublikası Prezidenti­nin 2020-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respub­likası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası­nın Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Korrupsiyaya qarşı mübarizə üzrə Komis­siyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasın­da seçiləcək.

1 Sentyabr 2020 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə