Ən son xəbərlər
Gürcüstan hökuməti sentyabrın 15-dən ölkədə kinoteatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı qərar qəbul edib. Qərarda qeyd olunub ki, məktəblər də həmin tarixdə açılacaq.
Məlumata görə, oktyabrın 1-dən etibarən uşaq bağçalarında təlim-tərbiyə prosesi başlayacaq. Bu tarixdən etibarən teatrlar da fəaliyyətlərini bərpa edəcəklər.
Xəbəri “Anadolu” agentliyi yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə