Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Çox hörmətli Mehriban Arif qızı!

Doğum gününüz münasibətilə Rusiya­nın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin səmərəli fəaliyyətiniz, mədəniyyətin, təhsilin, səhiyyənin, idma­nın və digər həyat sahələrinin inkişafına qiymətli töhfəniz Azərbaycan Respublika­sının firavanlığını ilbəil artırır. Sizin ener­jiniz və məqsədyönlülüyünüz sayəsində Azərbaycan xalqının mədəni irsi bütün dünyaya məlumdur, Azərbaycan ilə Rusiya arasında dostluq və qarşılıqlı anlaşma isə möhkəm və etibarlıdır.

Bu əlamətdar gündə Sizə və yaxınla­rınıza səmimi qəlbdən tükənməz enerji, nikbinlik, uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, bütün arzularınız həyata keçsin, bütün təşəbbüsləriniz uğurlu olsun. Azərbaycan xalqına sülh və xoş günlər diləyirəm!

Hörmətlə,

Mixail QUSMAN
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini

27 Avqust 2020 00:24 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə