Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodona

Hörmətli cənab Prezident!

Moldova Respublikasının milli bayra­mı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında bu xe­yirxah ənənələrə əsaslanan münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Fürsətdən istifadə edərək bildirirəm ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında Azərbaycan xalqı Moldova xalqı ilə həmrəydir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə tərəqqi və firavan­lıq arzu edirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2020-ci il

27 Avqust 2020 00:23 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə