Ən son xəbərlər
Filippinin cənubundakı Xolo şəhərində iki partlayış olub. “Əl-Cəzirə” telekanalının məlumatına görə, Filippin Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Riçard Qordon bildirib ki, partlayışı intiharçı terrorçu motosikllə törədib.
Yerli vaxtla saat 11:55-də o, hərbi yük maşınına yaxınlaşaraq partlayış törədib. Pasrtlayış nəticəsində 5 nəfər hərbçi və 4 nəfər mülki vətəndaş həlak olub, 17 nəfər hərbçi xəsarət alıb.
“Straigth Times” nəşrinin yazdığına görə, bir saatdan sonra daha bir intiharçı-terroçu qadın yenidən partlayış törədib və nəticədə, bir nəfər mülki şəxs həlak olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə