Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə müdafiə sənayesini uğurla inkişaf etdirir

Türkiyənin müdafiə kompleksi müvəffəqiyyətlə inkişaf etməkdədir. Bizim məqsədimiz müdafiə sahəsində xaricdən asılılığı minimuma endirməkdir.

Belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Məlumatı “Anadolu” verib. 
Ərdoğan Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığına İstanbul yaxınlığındakı Tuzla rayonunda yerləşən “Desan” müdafiə sənayesi tərsanəsində yaradılmış müasir gəmi komplekslərinin təqdimatı mərasimində bildirib ki, HDQ-nin balansına 12 müxtəlif təyinatlı gəmi verilir. Bunlar, həm də desant qüvvələrinin istifadəsi ­üçündür. 
Türkiyə Prezidentinin sözlərinə görə, müdafiə sənayesi elə bir sahədir ki, burada inkişaf tempini azaltmaq olmaz. İrəli getmək, müasirləşmək lazımdır.
Ərdoğan deyib: “Türkiyə dünya müdafiə sənayesinin liderlərindən birinə çevril­məlidir. Başqaları bizim ölkəyə çatmağa çalışmalıdırlar. Biz istehlakçı ölkədən ixracatçı ölkəyə çevrilməliyik. Güclü və müstəqil müdafiə sənayesinə malik olmayan ölkələr milli təhlükəsizlik sahəsində təhdidə məruz qalırlar”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə milli hərbi gəmiçiliyini layihələndirə və inkişaf etdirə bilən on ölkədən biridir: “Hazırda qarşımıza quru, hərbi hava və hərbi dəniz qüvvələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının birgə sistemini yaratmaq vəzifəsi qoymuşuq”.
Prezident onu da əlavə edib ki, Türkiyənin potensialının və nüfuzunun artmasından narahat olan dairələr ölkədə sabitliyi pozmağa çalışırlar. 
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Qara dənizdə iri qaz yatağı kəşf edib. Aşkar olunmuş qaz ehtiyatları ilkin olaraq 320 milyard kubmetr həcmində qiymətləndirilir. Bununla bağlı Ərdoğan bildirmişdi ki, bu, beynəlxalq energetika bazarında ölkənin mövqelərini gücləndirəcək. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

24 Avqust 2020 21:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 May 2022 | 08:00
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə