Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ müharibəsi əlilləri üçün mənzillər tikilir

Biləsuvarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 18 yeni mənzilin tikintisinə başlanılıb.

Dövlət sifarişi ilə həyata keçirilən tikinti işləri “Araz İnşaatçı” MMC tərəfindən icra edilir. Mənzillərdən 4-nün Biləsuvar şəhərinin, 14-nün isə rayonun ayrı-ayrı kəndlərinin sakinlərinə verilməsi nəzərdə tutulur. Tikinti işləri bu ilin sonunda başa çatdırılacaq.

“Araz İnşaatçı”dan verilən məlumata görə, tikinti işlərinin keyfiyyətlə aparılması üçün mənzillərin gələcək sahiblərinin onlara nəzarəti də təmin edilib.

Surxay ŞAHBAZOV, "Region press" qəzetinin redaktoru

20 Avqust 2020 21:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə