Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avqustun 21-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə  avqustun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22,  gündüz  32-35,  Bakıda  gecə 21-23, gündüz  32-34 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm  civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Avqustun 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz  16-21 dərəcə  isti təşkil edəcək.

20 Avqust 2020 15:23 - EKOLOGİYA
EKOLOGİYA
17 May 2022 | 17:02
Sabahın HAVA PROQNOZU
16 May 2022 | 16:40
Sabahın HAVA PROQNOZU
14 May 2022 | 17:11
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə