Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva daha bir aktyorla görüşərək qayğılarını dinləyib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət, incəsənət xadimləri, ümumiyyətlə ziyalılarla görüşlərini davam etdirir. Bu gün sosial şəbəkədəki paylaşımında daha bir aktyorumuzla görüşündən bəhs edən paylaşım edib. Q Paşayeva yazır:

“Tanınmış aktyor Allahverdi Yolçuyevi Mədəniyyət Komitəsində qəbul edərək, onun qarşıdan gələn ad gününü təbrik etdik, yeni sənət uğurları arzuladıq, qayğıları ilə maraqlandıq. Qeyd edim ki, aktryorun ad günün avqustun 20-dədir.

Artıq Mədəniyyət Nazirliyi və bir sıra digər qurumlarla tanınmış aktyor Allahverdi Yolçuyevin qayğı və problemləri, səhhəti ilə bağlı danışmışıq və ümidvarıq ki, uzun illərdir sənət aləmində olan tanınmış aktyorun qayğıları diqqətdə saxlanılacaq. Allahverdi müəllimə can sağlığı, yaradıcılıq fəaliyyətində bundan sonra da uğurlar arzu edirik”.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Avqust 2020 14:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə