Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 
İnanıram ki, Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətləri, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Əfqanıstan xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust  2020-ci il

19 Avqust 2020 00:45 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə