Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir ailədən iki Xalq artisti...

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Cəfər Namiq Kamalın 70 yaşı tamam olur. Hörmətli Xalq artistimizi Mədəniyyət Komitəsində qəbul edərək, onu öz adımdan və komitəmizin üzvləri adından təbrik etdim, yeni sənət uğurları arzuladım.

Oynadığı rollar, işlədiyi sənətkarlar və müraciət etdiyi janrlardan da göründüyü kimi, Cəfər Namiq Kamal, istedadlı, geniş dünyagörüşlü və peşəsinə ürəkdən bağlı olan sənətkardır. Bunlar hər bir sənət adamı üçün ön planda gələn keyfiyətlər, məziyyətlərdir.

Cəfər Namiq Kamalın özündən bir yaş böyük qardaşı İlham Namiq Kamal da, sevilən sənətkardır. Bir ailədən iki Xalq artistinin, iki məşhur sənətkarın – ziyalının çıxması, əlbəttə, təsadüf sayılmaz, bu, onların şəxsiyyətinin formalaşmasında, sənətə yönəlməsində ailə, məktəb, mühitin oynadığı rolu da göstərməkdədir. Hörmətli sənətkarımızı yubileyi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

18 Avqust 2020 15:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə